Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Mədəniyyət təcrid oluna bilməz"

© Sputnik / Murad OrujovMinsk-Bakı videokörpüsü
Minsk-Bakı videokörpüsü - Sputnik Azərbaycan
Abunə olmaq
Polad Bülbüloğlu: "Sputnik-in təşkil etdiyi bu tədbir barmağını sorub xəbər çıxaran media üçün yaxşı nümunədir ki, biz intriqalara cəlb olunmuruq, mədəniyyətdən, incəsənətdən gözəl, qiymətli söhbətlər edirik"

BAKI, 10 iyun — Sputnik. "Bəzən dialoqda mədəniyyətin rolunu arxa plana keçirirlər. MDB məkanında münaqişələrin həllində, xalqlar arasında əlaqələrin dərinləşməsində mədəniyyətin rolu böyükdür. Təcrid olunmuş mədəniyyət mədəniyyət deyil".

Tariyel Məmmədov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Şərq dünyasında ilk baleti Əfrasiyab Bədəlbəyli yazıb"

Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Eşq və ölüm" baletinin premyerasına həsr olunmuş Minsk-Bakı videokörpüsündə deyib. Onun sözlərinə görə, mədəniyyət kontaktda olmalıdır: "Biz sizinlə "Slavyan bazarı"ndan danışırıq. Bu çox qiymətli bir konkursdur. Bu, nəinki MDB-də, bütün dünyada məşhurdur, sevilir. Nə qədər ki, belə müsabiqələr, festivallar keçirilir, mədəniyyət də inkişaf edir".

"Sputnik-in təşkil etdiyi bu tədbir barmağını sorub xəbər çıxaran media üçün yaxşı nümunədir ki, biz intriqalara cəlb olunmuruq, mədəniyyətdən, incəsənətdən gözəl, qiymətli söhbətlər edirik. Buna görə, Sputnik-ə dərin təşəkkür edirəm ki, bizə bu şəraiti yaradıb", — səfir deyib.

Videokörpüdə 11 iyun 2016-cı il tarixində Minskdə keçiriləcək MDB ölkələrinin humanitar mükafatı olan "Birlik ulduzları"nın təqdim ediləcəyi tamaşanın premyerasından söhbət açılıb.

Minskdəki iştirakçılar:
— "Eşq və ölüm" baletinin müəllifi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu;
— MDB ölkələrinin "Birlik ulduzları" humanitar mükafatının laureatı, azərbaycanlı pianoçu Fərhad Bədəlbəyli.

Bakıdakı iştirakçılar:
— məşhur musiqişünas və diplomat Nigar Axundova;
— Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova;
— Azərbaycan Dövlət Musiqi Akademiyasının musiqi və incəsənət nəzəriyyəsi kafedrasının müdiri Tariyel Məmmədov.

Xəbər lenti
0