Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Teatrdan çaxır qoxusu gələrsə...

© Photo : STRLoja və teatr səhnəsi
Loja və teatr səhnəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Doğrudanmı bizlərə daha ayna gərək deyil? Bəlkə biz həqiqətən də daha aydan arı-sudan duruyuq?

Nuranə Dadaşova, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Ünlü rus yazarı və ədəbiyyat tənqidçisi Beliniski hələ XIX əsrin birinci yarısında yaradıcı gənclərə belə bir müraciət ünvanlayıb: "Teatrı sevin ve lazım olsa, orda ölməyi bacarın".

Günümüzdə dahi rus tənqidçisinin bu ibrətamiz ifadəsinə istinad etmək istəyəndə qarşıma belə bir sual çıxır: Bəs, görəsən bu gün necə, teatra görə ölməyə dəyərmi? Bu sualın cavabı heç şübhəsiz ki, birmənalı sayıla bilməz.

Vaqif Əsədov, xalq artisti - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Bu günün teatrı zamanın insanından çox geridə qalıb"

Ən azı ona görə ki, Azərbaycanda fəaliyyət göstərən teatr müəssisələrinin bu günki durumu olduqca acınacaqlıdır. Nə yazıq ki, bu vəziyyət uzun illərdir davam edir və bir çıxış yolu hələ də tapılmır ki, tapılmır.

Repertuar kasadlığı, tamaşaçı qıtlığı, intellektli rejissor çatışmazlığı, aktyor yarıtmazlığı və sair kimi hallar, fikrimcə, teatrı bir istehsal müəssisəsi kimi işlənməz hala gətirən məqamlardan sayılmalıdır. Bu müəssisələrə birbaşa və ya bilavasitə cavabdeh olan şəxslərin səriştəsizliyini və bu sənətə dırnaqarası baxmalarını da nəzərə alsaq, teatrımızın bu günki durumu ilə bağlı problemlərin kökündə nələrin dayandığını daha açıq şəkildə bəyan etmiş olarıq.

Ay mənim əzizlərim, belə olan halda bizlər teatrdan nə istəyə bilərik axı? Təbii ki, heç nə! O halda nədən teatrın bu günkü durumu ilə bağlı bütün məsuliyyəti, demək olar ki, bu "bədbəxt" tamaşaçının üzərinə qoyuruq? İnsafsızlıq deyilmi? Burada deyiblər e: "Adımı sənə qoyum, səni yana-yana qoyum".

Böyüklərimiz teatrın aynalıq görəvindən yararlandıqları halda, axı nədən bizlər bu aynadan üz çeviririk? Doğrudanmı bizlərə daha ayna gərək deyil? Bəlkə biz həqiqətən də daha aydan arı-sudan duruyuq?

Buna inanmağım gəlmir. Kimlərinsə inanacağına da şübhəm var. O zaman nə etməli? Teatrın aynalıq görəvini, barometirlik funksiyasını özünə qaytarmalı! Bəlkə də yalnız bu halda teatrı yenidən ayağa qaldrımaq mümkün olardı.

Bu məsələdə yaradıcı gəncliyi bir addım irəliyə buraxmaq gərəkliyi gündəmdədir. Əks halda, Afaq Məsudun təbiri ilə desək ("Qatarın altına atılan qadın"'da) ''teatr" deyəndə burnumuza turşumuş çaxır qoxusu gələcək…

Xəbər lenti
0