Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Hərdən mənə mələk də deyirlər..."

© Photo : Elçin ElxanlıXalq artisti Zemfira Nərimanova "İnam" filminin çəkilişləri zamanı. Arxiv şəkli
Xalq artisti Zemfira Nərimanova İnam filminin çəkilişləri zamanı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Pəncərədə işıq", "Valeh və Sarıköynəyin nağılı", "Ordan-burdan" tamaşalarında yaddaqalan rollar yaratmış Zemfira Nərimanovanın 57 yaşı tamam olur.

BAKI, 20 apr — Sputnik. Aktrisa Nərimanova Zemfira Əli qızı 1959-cu il aprel ayının 20-də Bakıda doğulub. 1976-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino fakültəsinə daxil olub.1980-ci ildə Akademik Milli Dram Teatrın aktyor truppasına ştata götürülüb. Zemfira Nərimanova Akademik Milli Dram Teatrın səhnəsində aşağıdakı rolları oynayıb:

Şeyda ("Yastı təpə", Əkrəm Əylisli), Sofi ("Yad adam", L. Frank), Təhminə ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Xumar ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Südabə ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Kəniz ("Atabəylər", Nəriman Həsənzadə), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Nübar ("Məhəbbət yaşadır", N. Hacızadə), Rəna və Qaraçı ("İblis", Hüseyn Cavid), Kama ("Kərgədan buynuzu", Maqsud İbrahimbəyov), Çiçək ("Torpağa sancılan qılınc", Nəbi Xəzri), Nastya ("Həyatın dibində", Maksim Qorki), Kleopatra ("Kölgələrin oyunu", Y. Edlis), Nisə xanım və Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Banu çiçək ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Züleyxa ("Ah, Paris… Paris!..", Elçin), Xanım ("Mənim ərim dəlidir", Elçin),

Qadın ("Hərdən mənə mələk də deyirlər…", Kamal Abdulla), Paolina ("Kəllə", Nazim Hikmət), Marta ("Anlaşılmazlıq", A. Kamyu).

Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşalarda da oynayıb. Onların arasında: Leyla ("Pəncərədə işıq", İlyas Əfəndiyev), Sarıköynək ("Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev), Rəna ("Ordan-burdan", Üzeyir Hacıbəyovun felyetonları əsasında), Nərminə ("Göz həkimi", İslam Səfərli), Zərnişan ("İtkin gəlin", Əlibala Hacızadə) var.

Zemfira Nərimanova 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2000-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub.

Prezident təqaüdçüsüdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

Xəbər lenti
0