Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Gələcəyin günəşi" Bakıda doğuldu

© Photo : Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi"Gələcəyin günəşi" adlı Uşaqların və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalının iştirakçıları
Gələcəyin günəşi adlı Uşaqların və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalının iştirakçıları - Sputnik Azərbaycan
Abunə olmaq
Mərdəkan Mədəniyyət Sarayında "Gələcəyin günəşi" adlı Uşaqların və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçirilib

BAKI, 14 mart — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə "Gələcəyin günəşi" adlı Uşaqların və Gənclərin Beynəlxalq Yaradıcılıq Festivalı keçirilıb.

RİMM-də diplom təqdimi - Sputnik Azərbaycan
Bakıdakı Rusiya informasiya-mədəniyyət mərkəzi Mətbuat gününü qeyd edib

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, festivalda iştirak edən Gürcüstanın dövlət musiqi və rəqs ansamblının rəhbəri, şərəf ordenli xoreoqraf Zaal Çumburadzenin rəhbərlik etdiyi Qafqaz İncəsənət və Folklor Assoasiyasının "Gələcək", "Eleoni", "Şən notlar", "Laqundi", "Məkan", "Kvarlei art studia" uşaq rəqs qrupları və Mərdəkan Mədəniyyət Sarayının "Azərbaycan qartalları" və "Lalələr" rəqs kollektivləri bir- birindən rəngarəng rəqs nömrələri nümayiş ediblər.

Xatırladaq ki, festivalın əsas məqsədi iki ölkənin mədəniyyətlərini bir- birinə nümayiş etmək və rəqs kollektivlərinin dostluq bağlantılarının daha da möhkəmlənməsinə vasitəçi olmaqdır. Tədbirdə yerli tamaşaçılarla yanaşı qonşu ölkədən gəlmiş 200-ə qədər qonağ da iştirak edirdi.

Xəbər lenti
0