Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Hitler onu Reyxin bir nömrəli düşməni elan etmişdi"

© Photo : APATelli Pənahqızı, telejurnalist, şair-publisist
Telli Pənahqızı, telejurnalist, şair-publisist - Sputnik Azərbaycan
Abunə olmaq
Telli Pənahqızı: "İnsanlar Yuri Levitanın səsinə hər hansı bir səlahiyyət sahibinin sözündən daha çox inanırdılar"

BAKI, 17 fev — Sputnik. "Danışır Sovet Məlumat bürosu!" Əfsanəvi diktor Yuri Levitanın əzəmətli səsi ilə ifa edilən bu söz yəqin ki, sovet nəsli üçün hələ də öz ülviliyini qoruyur. O söz və onu ifadə edən səs İkinci Dünya Müharibəsində qələbəni şərtləndirən başlıca simvollar idi. Bu simvollar sovet adamlarını qələbəyə ruhlandırırdı, onlarda vətənpərvərlik duyğularını oyadırdı, xoşbəxt gələcək naminə fədakarlığa, faşizmi məhv etmək üçün öz gücünü səfərbər etməyə çağırırdı.

Diktor Yuri Levitan - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Gebbels Levitanın səsini eşidəndə başını tuturmuş"

Sovet Məlumat Bürosunun (SMB) 75 illik yubileyi ərəfəsində o nəhəng sovet informasiya və təbliğat maşınını, həm də onun unudulmaz səsi Yuri Levitanı xatırlamamaq olmaz. Çünki bunlar SSRİ-də doğulub-böyüyən hər kəs üçün öz tarixi dəyərini qoruyur. Sputnik olaraq biz də bu iki nəhəngi — SMB-ni və Y.Levitanı Azərbaycanın tanınmış informasiya adamı ilə birlikdə xatırlamaq istədik.

""O səs başqa bir planetdən gələn səda kimi əzəmətli və qeyri-adi idi". Bunu nə vaxtsa bir müharibə veteranının dilindən eşitmişdim. Sözün həqiqi mənasında Yuri Levitanın səsində qəribə bir cazibə qüvvəsi var idi, biz onun səsini yalnız kino-filmlərdə, sənədli kino epopeyalarda eşitmişik". Bunu Sputnik-ə açıqlamasında telejurnalist, şair-publisist Telli Pənahqızı deyib.

"Müharibəni görən insanların xatirələrindən oxuyuruq ki, SSRİ-də yaşayan milyonlarla insanı cəbhəyə bağlayan, böyük dünya müharibəsinin gedişi bəradə səhih informasiya verən yalnız bu səs idi. İnsanlar Levitanın səsinə hər hansı bir səlahiyyət sahibinin sözündən daha çox inanırdılar", —deyə telejurnalist bildirib.

Onun sözlərinə görə, hətta düşmən tərəfdə bu səsin vahiməsindən qorxuya düşüb qaçanlar barədə də söhbətlər gəzirmiş: "Hitler onu Reyxin bir nömrəli düşməni elan eləmişdi və onu mehv edəcək şəxsə pul mükafatı da təyin etmişdi. Levitanın səsi, diksiyası, oxu manerası, informasiyanı səlis, dəqiq və qüsursuz çatdirmaq məharəti vardı və bu da onu Sovet İttifaqının əfsanəvi diktoru kimi bütün dünyaya tanıtmışdı".

Xəbər lenti
0