Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda gözlənilən konsert baş tutdu

© Photo : Nəriman İsmayılovƏməkdar artist Cahangir Qurbanovun "İkimizdə bir ürək" adlı solo konserti
Əməkdar artist Cahangir Qurbanovun İkimizdə bir ürək adlı solo konserti - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar artist Cahangir Qurbanovun "İkimizdə bir ürək" adlı solo konserti keçirilib. Gecədə 3 dildə mahnılar ifa edilib, konsert tamaşaçılar tərəfindən çoşğu ilə qarşılanıb.

BAKI, 15 fev — Sputnik. Dünən Opera və Balet Teatrında əməkdar artist Cahangir Qurbanovun "Сердце на двоих" ("İkimizdə bir ürək") adlı solo konserti keçirilib. Sputnik-in konsertdə iştirak edən əməkdaşı xəbər verir ki, konsert Polad Bülbüloğlunun "Rapsodiya"sı ilə açıldı. Alqış sədaları ilə səhnəyə çıxan Cahangir Qurbanov hər kəsə gəldiyi üçün təşəkkürünü ifadə etdi.

Bakı metrosunda canlı konsert - Sputnik Azərbaycan
Bakı metrosunda canlı konsert

İfaçı konsertdə 3 dildə mahnılar ifa etdi. İtaliyan, rus və Azərbaycan dillərdində səslənən mahnılar tamaşaçılar tərəfindən alqışla qarşılandı. Solo konsert zamanı əməkdar artist C. Qurbanov bəstəkar Eldar Həsənovun bəstələdiyi, bir-birindən gözəl musiqiləri, həmçinin Xanım İsmayılqızının əsərini səsləndirdi.

Gecədə C. Qurbanovla birlikdə əməkdar artist Fərid Əliyev və xalq artisti Fidan Hacıyeva da səhnəni bölüşdü. İfaçılar həm solo, həm də duet formasında musiqilər səsləndirdilər. Konsertdə İlqar Muradov, Rafael İsgəndərov və Coşğun Rəhimov, bəstəkar Ruhəngiz Qasımova, Cahangir Qurbanovun müəllimi Hüseyn Əliyev və digər sənətkarlar da iştirak edirdilər.

© Photo : Nəriman İsmayılovKonsert Polad Bülbüloğlunun "Rapsodiya"sı ilə açıldı.
Konsert Polad Bülbüloğlunun Rapsodiyası ilə açıldı - Sputnik Azərbaycan
1/5
Konsert Polad Bülbüloğlunun "Rapsodiya"sı ilə açıldı.
© Photo : Nəriman İsmayılovGecədə xalq artisti Fidan Hacıyeva Cahangir Qurbanovla bir səhnəni bölüşdü.
Gecədə xalq artisti Fidan Hacıyeva Cahangir Qurbanovla bir səhnəni bölüşdü - Sputnik Azərbaycan
2/5
Gecədə xalq artisti Fidan Hacıyeva Cahangir Qurbanovla bir səhnəni bölüşdü.
© Photo : Nəriman İsmayılovƏməkdar artist Fərid Əliyev, xalq artisti Fidan Hacıyeva və əməkdar artist Cahangir Qurbanov.
Əməkdar artist Fərid Əliyev, xalq artisti Fidan Hacıyeva və əməkdar artist Cahangir Qurbanov - Sputnik Azərbaycan
3/5
Əməkdar artist Fərid Əliyev, xalq artisti Fidan Hacıyeva və əməkdar artist Cahangir Qurbanov.
© Photo : Nəriman İsmayılovSəslənən mahnılar tamaşaçılar tərəfindən alqışla qarşılandı.
Səslənən mahnılar tamaşaçılar tərəfindən alqışla qarşılandı - Sputnik Azərbaycan
4/5
Səslənən mahnılar tamaşaçılar tərəfindən alqışla qarşılandı.
© Photo : Nəriman İsmayılovSolo konsertə Müslüm Maqomayevin məşhur "Azərbaycan" musiqisi ilə yekun vuruldu.
Solo konsertə Müslüm Maqomayevin məşhur Azərbaycan musiqisi ilə yekun vuruldu - Sputnik Azərbaycan
5/5
Solo konsertə Müslüm Maqomayevin məşhur "Azərbaycan" musiqisi ilə yekun vuruldu.
1/5
Konsert Polad Bülbüloğlunun "Rapsodiya"sı ilə açıldı.
2/5
Gecədə xalq artisti Fidan Hacıyeva Cahangir Qurbanovla bir səhnəni bölüşdü.
3/5
Əməkdar artist Fərid Əliyev, xalq artisti Fidan Hacıyeva və əməkdar artist Cahangir Qurbanov.
4/5
Səslənən mahnılar tamaşaçılar tərəfindən alqışla qarşılandı.
5/5
Solo konsertə Müslüm Maqomayevin məşhur "Azərbaycan" musiqisi ilə yekun vuruldu.

Solo konsertə Müslüm Maqomayevin məşhur "Azərbaycan" musiqisi ilə yekun vuruldu. Gecənin qəhramanı hərbi geyimdə səhnəyə çıxaraq tamaşaçıları hərbi salamla salamladı və "Azərbaycan" mahnısını Fidan Hacıyeva və Fərid Əliyevlə duet şəklində oxudu. Sonda tamaşaçılar ifaçıları gurultulu alqışlarla yola saldılar.

Xəbər lenti
0