Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı aktyor böyrəyini satışa çıxardı

© Photo : Cavanşir MeherremovCavanşır Məhərrəmov, Bakı Uşaq Teatrının aktyoru
Cavanşır Məhərrəmov, Bakı Uşaq Teatrının aktyoru - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmov, maddi imkansızlıq ucbatından böyrəyini satmaq qərarına gəlib: "Ev yox, pul yox, bezmişəm kirayə yaşamaqdan"

BAKI, 9 fev — Sputnik. Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmov böyrəyini satmaq qərarına gəlib. Bu barədə Sputnik-ə açıqlama verən aktyor, qərarını maddi imkansızlıqla əlaqələndirib.

Qurban Məsimov, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Müstəntiq olmaq istəyirdim, aktyor oldum"

"Böyrəyimi satışa çıxarmışam. Evim yox, kirayə qalıram, maaş azdır. Heç nəyə pul çatdıra bilmirəm. Bezmişəm kirayə yaşamaqdan", —deyə akyor bildirib.

O, hesab edir ki, böyrəyini satmaqla, problemlərini az da olsa, həll edə bilər: "Ümid edirəm ki, heç olmasa bir addım qabağa gedərəm həyatda. Ən azından ev ala bilərəm, kirayə yaşamaqdan qurtularam".

Aktyor böyrəyinin qiymətini isə hələ tam dəqiqləşdirməyib: "Dəqiq bilmirəm. Deyilənə görə 20-30 minə satmaq olur böyrəyi. Elə bu qiymətə sataram. Heç olmasa bir otaqlı ev və ya torpaq alaram".

Xəbər lenti
0