03:54 04 Dekabr 2016
Canlı yayım
Kamança

İran Azərbaycan arasında kamança döyüşü

wikimedia.org
MƏDƏNİYYƏT
Qısa URL
40 0 0

İran kamançanı öz musiqi aləti kimi YUNESKO-da qeydiyyatdan keçirməyə hazırlaşır.

BAKI, 22 iyun — Sputnik. İran kamançanı öz musiqi aləti kimi YUNESKO-da qeydiyyatdan keçirməyə hazırlaşır. 

Bu barədə "İran Daily" qəzeti məlumat verib. 

İranın Mədəni irs, sənətkarlıq və turizm təşkilatının nümayəndəsi Bəhruz Vəcdani qəzetə bu istiqamətdə işlərin getdiyini bildirib.

Vəcdani artıq müvafiq sənədlərin YUNESKO-ya təqdim edildiyini və bu işdə İran Musiqi Evinin canfəşanlıq etdiyini bildirib.

O kamançanın ənənəvi fars musiqi aləti olduğunu və ilk dəfə 1669-cu ildə İsfahandakı "Həşt Behişt" sarayına aid şəkillərdə göründüyünü diqqətə çatdırıb.

Vəcdani "ənənəvi fars musiqi alətlərinin" YUNESKO-nun siyahısında qeydiyyatdan keçirmək üçün İran rəsmilərini hərəkətə keçməyə çağırıb.

O, rəsmiləri tar aləti bağlı lənglikdə günahlandırıb. Vəcdaninin sözlərinə görə, bu ləngimə "Azərbaycanın irəli düşməsinə və tarın Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçməsinə səbəb olub".

Əsas mövzular