CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli mətbəx: bozbaş

Abunə olmaq
Bu gün sizə milli mətbəximizin vazkeçilməz təamlarından olan bozbaşın hazırlanma üsulunu təqdim edəcəyik.

BAKI, 1 okt — Sputnik. Bu gün sizə milli mətbəximizin vazkeçilməz təamlarından olan bozbaşın hazırlanma üsullarından birini təqdim edəcəyik.

Qoyun ətini (bud hissəsini) doğrayın və ya sümükdən ayırın. Pomidorların qabığını soyub iri-iri doğrayın. Baş soğanı və bibərləri halqavari doğrayın. Bir qədər quyruq əlavə edin.

Badımcanları doğrayın və suda saxlayın. Badımcan və kartofdan başqa bütün ərzaqları qazana yığıb duz vurun və əlinizlə qarışdırın. Su tökmədən qapağını bağlayıb vam odda təxminən 1,5 saat bişirin. Badımcanın suyunu sıxıb tavada ayrıca qovurun. Kartofu doğrayın. Sonra badımcanı və kartofu qazana əlavə edib, duz vurun. Xörək hazır olanda üzərinə xırda doğranmış göyərti əlavə edin.

Ərzaq: qoyun əti — 500 q, pomidor — 4 ədəd, baş soğan — 1 ədəd, bolqar bibəri — 3 ədəd, qırmızı acı bibər — 1 ədəd, badımcan — 1 ədəd, kartof — 5 ədəd, duz, qara istiot, təzə şüyüd, keşniş.

Qeyd: bu təamın badımcansız hazırlanma üsulu da ölkəmizdə geniş yayılıb.

Xəbər lenti
0