18:39 10 Dekabr 2016
Canlı yayım
Millət vəkili Fuad Muradov

Deputat: Sonrakı hədəf Yay Olimpiya Oyunlarını Bakıda keçirməkdir

sputnik.az
BAKU 2015
Qısa URL
15 0 0

Fuad Muradov: 2017-ci ildə ölkəmizdə keçirilməsi planlaşdırılan İslam Həmrəylik Oyunları Azərbaycanın həm də müsəlman ölkəsi olaraq tolerant və təhlükəsiz bir dövlət olduğunu ortaya qoymuş olur.

BAKI, 29 iyun-Sputnik. 17 gün ərzində davam edən Bakı-2015 I Avropa Oyunları başda prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva olmaqla, Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayiş etdirdiyi yüksək peşəkarlıq sayəsində uğurla başa çatıb. 

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Fuad Muradov bildirib. Deputat qeyd edib ki, Bakıda keçirilən Birinci Avropa Oyunları Azərbaycanın ciddi uğuru kimi qəbul olunmalıdır:

“Birinci Avropa Oyunları Azərbaycanın dünyada  daha da tanınması, tarix və mədəniyyətinin nümayiş etdirilməsi, eyni zamanda idman sahəsində əldə etdiyi nəticələr baxımından çox böyük əhəmiyyət kəsb edir. Əgər bu bir tərəfdən idman yarışı idisə, digər tərəfdən də ciddi ictimai-siyasi və beynəlxalq əhəmiyyətə malik bir tədbir idi. Çünki həm Avropadan, həm də dünyanın bir çox ölkələrindən birinci şəxslərin, rəsmi şəxslərin və çoxsaylı turistlərin gəlməsi Azərbaycana qarşı olan etimadın göstəricisi idi.”

Deputat Muradov I Avropa Oyunlarını Azərbaycan üçün daha bir təcrübə və bundan sonrakı hədəflərə çatmaqda önəmli hadisə kimi dəyərləndirib: “2017-ci ildə ölkəmizdə keçirilməsi planlaşdırılan İslam Həmrəylik Oyunları Azərbaycanın həm də müsəlman ölkəsi olaraq tolerant və təhlükəsiz bir dövlət olduğunu ortaya qoymuş olur. İnanıram ki, bundan sonrakı hədəf Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi olacaqdır. Azərbaycan bundan əvvəl və indi olduğu kimi gələcəkdə də qarşısına qoyduğu məqsəd və hədəflərə uğurla çatacaqdır.”

 

Əsas mövzular