18:37 10 Dekabr 2016
Canlı yayım
Avropa Oyunlarının bağlanış mərasimi

I Avropa Oyunlarının bağlanışı dünya mediasının diqqətində olub

sputnik.az
BAKU 2015
Qısa URL
400 0 0

Bağlanış mərasimində iştirak edən ulduzlar və dünyanın aparıcı KİV-ləri xoş təəssüratlarını bildiriblər.

BAKI, 29 iyun —Sputnik. Dünən Bakı Olimpiya stadionunda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında dünya mediasında və sosial şəbəkələrdə maraqlı fikirlər yer alıb.

Sputnik xəbər verir ki, bağlanışa qatılan məşhur dünya ulduzları öz «twitter» hesablarında təəssüratlarını yazıblar.

Elektronik rəqslərin prodüseri və DJ Gareth Emery bağlanış mərasimində iştirak etməkdən şərəf duyduğunu yazıb: “Mərasim o qədər ağlasığmaz və heyranedicidir. Düzü, burda iştirak etmək məni kifayət qədər həyəcanlandırır, Bakı – Bağlanış mərasimi valehedicidir!”

Dünya şöhrətli müğənni Con Nyuman da öz təəssüratlarını bölüşüb: “Bu gün həyatımın ən böyük, ən önəmli tədbirində — Avropa Oyunlarının bağlanış mərasimində iştirak edirəm”.

“France presse” agentliyi bağlanış mərasimi ilə bağlı yazısına “Azərbaycanda keçirilən Birinci Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı.” sərlövhəsini verib. Məqalədə rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa oyunları üçün ideal sonluq kimi qeyd edilir. İdmançıların təəssüratlarını da qələmə alan məqalə müəllifi oyunların mükəmməl təşkil edildiyini qeyd edib. Məqalədə Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkinin də fikirlərinə istinad edilib:“Bakı Olimpiya oyunları üçün hazırdır. İnfrastuktur və təşkilatçılıq qabiliyyəti Azərbaycana bu oyunları keçirmək üçün imkan verir. Avropa oyunları hər addımda gözləntilərimizə cavab verdi”. 

Rossiya24” televiziya kanalı İlk Avropa Oyunları ilə bağlı yekun video-material hazırlayıb. Materilada yarışların sonuncu günündə də idmançıların fəal iştirak etdiyi vurğulanıb, həmçinin rusiyalı idmançıların Avropa oyunlarındakı üstünlüyü qeyd olunub.

Bağlanış mərasiminə də toxunan müxbir Avropa Oyunlarının əsl bayram və dostluq əhval-ruhiyyəsində keçdiyini vurğulayır: “Bağlanış mərasimində milli elementlərin də əks olunması böyük marağa səbəb olub. Azərbaycan böyük idmanla qısa müddətli də olsa vidalaşır. Amma dünya tezliklə Bakının təqdimatında “Formula 1”  və futbol yarışlarını izləyəcək”.

Avropanın Sportsmax.tv saytı da Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında məlumat verib.

Milli Olimpiya Stadionunda göz oxşayan mərasim keçirildiyini qeyd edən internet resursu tədbirə dünya şöhrətli ulduzların da qatıldığını vurğulayıb. Məqalədə Avropa Olimpiya komitəsinin prezidenti Patrik Hikkeyin fikirləri də yer alır: “Azərbaycanın və Avropa Oyunlarının gələcəyi parlaqdır. Bu cür mükəmməl təşkil edilən yarışlardan sonra Avropa Oyunlarının çox uzun bir tarixə malik olacağı qətidir”.

Əsas mövzular