10:01 08 Dekabr 2016
Canlı yayım
Церемония закрытия первых Европейских игр

Bakı-2015-in bağlanış mərasimindən rəngarəng görüntülər

© Sputnik.az Али Мамедов
BAKU 2015
Qısa URL
52310

Bu gün Bakıda keçirilən İlk Avropa Oyunlarının bağlanış mərasimi keçirilir.

BAKI, 28 iyun — Sputnik. Bu gün Bakıda keçirilən İlk Avropa Oyunlarının bağlanış mərasimi keçirilir.

Sputnik-in əməkdaşı Əli Məmmədov tədbirdən çəkdiyi fotoları oxucularımıza təqdim edir. 

1 / 12
Церемония закрытия первых Европейских игр

17 gün ərzində 20 idman növü üzrə davam edən yarış həm təşkilatçılıq, həm də idmançılarımızın çıxışı baxımından möhtəşəm uğurla nəticələnib.

Belə ki, Azərbaycan tarixində ilk dəfə belə mötəbər turnirə ev sahibliyi edib. Ölkəmizə “köhnə qitə”nin 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti təşrif buyurub. Onların içərisində işğalçı ölkə Ermənistan da olmaqla, hər biri ölkəmizdə xoş təəssüratlar qazandığını əminliklə söyləmək mümkündür.

Bununla yanaşı, idmançılarımızın çıxışı həm Avropa, həm də xalqımız üçün sevindirici olub. Çünki tariximizdə ilk dəfə ən böyük heyətlə məhz Avropa Oyunlarına qatılmışıq. 291 atletimizin mübarizə apardığı yarış isə Azərbaycan üçün tarixi rekordla əlamətdar olub.

Yığmamız Bakı-2015-i 56 medalla başa vuraraq, qitənin ikincisi adını qazanıb. 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanan komandamız Avropanın şəksiz lideri olan Rusiyadan geri qalıb. Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna və Türkiyə kimi nəhəngləri arxada qoyan millimiz Rio-2016 öncəsi azarkeşlərinə böyük ümid verib. Sonuncu – London Olimpiadasında 11 medal qazanan idmançılarımız potensialının daha böyük olduğunu və Cənubi Amerikada daha yüksək nəticə göstərə biləcəyini nümayiş etdirə bilib.

Komandalarımızın üzvləri Avropa Oyunlarına daxil edilən 20 idman növünün 30 bölməsindən 12-də fəxri kürsüyə qalxıb.

Böyük ümidlər bəslənilən boks, taekvondo, güləş və karate etimadı tam doğruldaraq, qitənin ən yaxşılarından oldu. Təsadüfü deyil ki, bu növlərin 2-də Azərbaycan Rusiya da daxil olmaqla, hamını arxada qoydu. Güləşdə (3 növ üzrə) isə yalnız şimal qonşularımızdan geri qaldı. Lakin güləşdə də boks kimi rekord sayda – 6 çempionluq sevincimiz oldu.

Əsas mövzular