14:30 07 Dekabr 2016
Canlı yayım
СПУТНИК_Очень странно - Путин об арестах чиновников ФИФА по запросу США

Putin I Avropa Oyunlarının qalibi olan Rusiya yığmasını təbrik etdi

© Sputnik /
BAKU 2015
Qısa URL
203 0 0

Rusiya prezidenti: Əminəm ki, bu, Rusiyanın 2016-cı ildə Roi-de-Janeyroda keçiriləcək XXXI Olimpiya Oyunlarında uğurlu çıxışı üçün zəmindir.

BAKI, 28 iyun — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Bakı-2015 İlk Avropa Oyunlarında ümumi komanda hesabında birinci yeri tutan Rusiya yığmasını təbrik edib. 

Təbrikdə deyilir: "Əziz dostlar. Rusiya Birinci Avropa Oyunlarında qeyri-rəsmi komanda hesabında qalib olub. Bizim yığmamız çox vacib zirvəni fəth edərək milli idman tarixinə yeni parlaq səhifə yazıb. Sizi təbrik edirəm! Afərin. Yarışlar gərgin keçib. Uğur təkcə ustalıqdan asılı deyil, həm də psixoloji əzmdən, komandanın birliyindən, iradədən asılıdır. Siz tam olaraq bu keyfiyyəti nümayiş etdirdiniz.

Sizin məşqçilərinizə, böyüklərinizə, sizin Bakıdakı yarışlarda ləyaqətli çıxışınıza kömək edən hər kəsə xüsusi təşəkkürlər. Siz birlikdə sübut etdiniz ki, bizim yığmamızın böyük potensialı, yaxşı ehtiyat qüvvəsi var. Əminəm ki, bu, Rusiyanın 2016-cı ildə Roi-de-Janeyroda keçiriləcək XXXI Olimpiya Oyunlarında uğurlu çıxışı üçün zəmindir. Bir daha hamını bu zəfər münasibətilə təbrik edirəm."

Sputnik xəbər verir ki, Putinin bu mürciəti Rusiyan Olimpiya Komitəsinin rəsmi saytında yayınlanıb. 

Əsas mövzular