23:16 09 Dekabr 2016
Canlı yayım
Патрик Хикки

Patrik Hikki: Azərbaycan artıq Yay Olimpiya Oyunlarına hazırdır

© baku2015.com
BAKU 2015
Qısa URL
9 0 0

Avropa Olimpiya Komitəsinin prezidenti: Azərbaycan hər zaman mənim qəlbimdə xoş xatirələrlə yadda qalacaq

BAKI, 28 iyun —Sputnik. “Təşkilatçılıq, qonaqpərvərlik, könüllülərin işi çox gözəl idi. Müxtəlif oyunlarda, məkanlarda olmuşam. Burda heç bir şikayət eşitməmişəm. İdmançılar xüsusilə Atletika Kəndini bəyənirlər. Azərbaycan hər zaman mənim qəlbimdə xoş xatirələrlə yadda qalacaq”.

Sputnikin Apasport-a istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib.

Patrik Hikki bu gün keçirilən mətbuat konfransında təşkilatçılıqdan məmnun qaldığını açıqlayıb. O, həmçinin qeyd edib ki, burdakı yarış gələcək namizədlər üçün böyük təcrübə olacaq: “II Avropa Oyunları üçün 6 namizəd ölkəmiz var. Hollandiyaya getdik, oradakı obyektlərə baxdıq. Amma siyasi qərara görə bu, baş tutmadı. Biz istəyirik ki, coğrafi tarazlıq saxlanılsın. Namizədlərin 5-i ilə danışıq aparırıq. Onlardan ikisi 2023-cü ildəki oyunlara namizəd olmaq istəyir. Hazırda 3 ölkə ilə 2019-cu il Avropa Oyunları üçün danışıq gedir. Hesab edirəm ki, bundan sonra da Oyunlar yüksək səviyyədə davam edəcək”.

Hikki eyni zamanda oyunlarla bağlı 900-dən çox xarici jurnalistin qeydiyyatdan keçməsini yüksək qiymətləndirib: Bu, əla haldır. Mətbuatın əməyini yüksək qiymətləndiririk”

AOK prezidenti bildirib ki, Azərbaycan artıq Yay Olimpiya Oyunlarına hazırdır: “Mən buna inanıram. Artıq müxtəlif məkanlar da var. Amma Avropa Oyunlarının təşkilatçılığı bəzi ölkələri də bu yarış üçün həvəsləndirib”.

Əsas mövzular