23:12 09 Dekabr 2016
Canlı yayım
Bakı, Səməd Vurğun küçəsi

Sabah Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

sputnik.az/ Pəri Abbaslı
BAKU 2015
Qısa URL
23 0 0

Yollarda hərəkətin məhdudlaşdırılması "Bakı-2015" I Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədardır

BAKI, 27 iyun —Sputnik. İyunun 28-də Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu məlumatı Baş Dövlət Yol Polisi İdarəsi yayıb. Məlumata görə, Bakı 2015 İlk Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar sabah saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək paytaxtın Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu körpüsünədək və Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində hava limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ yolundan (beton yol), cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocahəsən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan-aeroport yoluna, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.

Əsas mövzular