10:01 08 Dekabr 2016
Canlı yayım
İlham Əliyev və paralimpiyaçı İlham Zəkiyev

18-ci qızıl medalı İlham Zəkiyev qazanıb

baku-2015
BAKU 2015
Qısa URL
138 0 0

İkiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev finalda Ukrayna təmsilçisi Aleksand Pominovu məğlub edərək “Bakı-2015”-in qızıl medalını qazanıb.

BAKI, 21 iyun —Sputnik. Azərbaycanın paralimpiyaçı cüdoçusu İlham Zəkiyev birinci Avropa Oyunlarında komandamızın aktivinə 18-ci qızıl medalı yazıb.

İkiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev finalda Ukrayna təmsilçisi Aleksand Pominovu məğlub edərək “Bakı-2015”-in qızıl medalını qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri idmançımızın qələbəsini izləyiblər.

Mübarizəyə yarımfinaldan qoşulan cüdoçumuz yunanıstanlı Klimis Papaçristosu ipponla məğlub edərək həlledici mərhələyə yüksəlib.

İlham Zəkiyev ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu, həmçinin əməkdar idman ustasıdır. O, “Şöhrət” ordeni, “Tərəqqi” medalı və Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl çinar” mükafatının laureatıdır.

1980-ci il martın 3-də Sumqayıtda anadan olan İlhamın idmana həvəsi güləş ilə məşğul olan böyük qardaşının sayəsində yaranıb.

İlham 15 yaşından etibarən cüdo ilə məşğul olmağa başlayıb. O, qısa müddətdə bir sıra uğurlar qazanıb və Sumqayıtda keçirilən yarışda qalib gəlib. Gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer alıb və sambo üzrə yeniyetmələr arasında respublika çempionu olub. Cüdoçumuz “Afina-2004” və “Pekin-2008” Yay Paralimpiya Oyunlarının qalibidir. O, həmçinin IBSA Dünya Oyunlarının dəfələrlə mükafatçısı olub.

Əsas mövzular