22:03 02 Dekabr 2016
Canlı yayım
Teymur Məmmədov

15-ci qızıl Teymur Məmmədovdan!

BAKU 2015
Qısa URL
432 0 0

İlk 4 döyüşündə rəqib tanımayan Teymur Məmmədov bu gün boks yığmamıza ilk qızıl medalı qazandırıb.

BAKI, 25 iyun — Sputnik. İlk 4 döyüşündə rəqib tanımayan Teymur Məmmədov bu gün boks yığmamıza ilk qızıl medalı qazandırıb.

Yarımfinalda rusiyalı Pavel Silyaginə qalib gələn Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi həlledici görüşdə italiyalı Valentino Manfredoniaya da gücünü göstərib. O, çempionluq döyüşünü də aktivinə yazmaqda ciddi müqavimətlə üzləşməyib. Manfredonianı 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, yığmamızın 15-ci “qızıl”ı, ümumilikdə isə ölkəmizin 44-cü mükafatı olub.

Əsas mövzular