21:56 02 Dekabr 2016
Canlı yayım
Bakı Olimpiya stadionu

Bağlanış mərasiminə hansı dünya ulduzları gələcək?

a-r.az
BAKU 2015
Qısa URL
98 0 0

I Avropa Oyunlarının başlanış günündə keçiriləcək şouda dünya şöhrətli müğənnilərdən Madonna, Beyons, Riki Martin və Castin Timberleykin iştirakı gözlənilir.

BAKI, 25 iyun – Sputnik. Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının bağlanış mərasiminin fərqli olacağı barədə fikirlər çoxdan səslənməyə başlamışdı. 

"Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq mətbuata açıqlamasında Olimpiya stadionunda bağlanış mərasimi üçün hazırlığın yüksək səviyyədə olduğunu deyib. 

Onun sözlərinə görə, tədbir, nisbətən karnavala bənzəyəcək. Lakin Kleq, gecədə hansı tanınmışların iştirak edəcəyini söyləməyib. 

Bəzi internet saytlarında yayılan məlumatlara görə, oyunların sonuncu günündə keçiriləcək mərasimə dünya şöhrətli müğənnilər gələcək. Onların arasında Madonna, Beyons, Riki Martin və Castin Timberleykin də adları çəkilir.

Lakin bağlanışda kimlərin iştirak edəcəyi rəsmi təsdiqini tapmadığı üçün bütün bunlar versiya olaraq qalır.

Avropa Oyunları Əməliyyat Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorundan verilən məlumata görə, məşhurların kimliyi iyunun 28-də, stadionda məlum olacaq.


Əsas mövzular