10:47 03 Dekabr 2016
Canlı yayım
ABŞ səfiri Robert Sekuta

ABŞ səfiri Atletlər Kəndində olub

apa.az
BAKU 2015
Qısa URL
6 0 0

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iyunun 24-də Atletlər Kəndinə gedərək Bakı Avropa Oyunları Təşkilatı Komitəsinin rəsmiləri və bir neçə dövlətin idmançıları ilə görüşüb.

BAKI, 25 iyun — Sputnik. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iyunun 24-də Atletlər Kəndinə gedərək Bakı Avropa Oyunları Təşkilatı Komitəsinin rəsmiləri və bir neçə dövlətin idmançıları ilə görüşüb.

Sputnik xəbər verir ki, bu barədə məlumat ABŞ səfirliyinin facebook səhifəsində yayılıb. Məlumata görə, səfir Sekuta Avropa Oyunlarına bənzər beynəlxalq idman tədbirlərinin müxtəlif dövlətləri və mədəniyyətləri təmsil edən insanlarin bir araya gətirilməsində oynadığı rol barədə danışıb.

Səfir qeyd edib ki, oyunun qaydalarına riayət etmək, idmançıların və komandaların uğuruna sevinmək, yarış bitəndən sonra rəqiblərin bir-birinin əlini sıxması kimi hərəkətlər idman yarışlarının və Olimpiya hərəkatının əsas aspektləridir.

“Biz hamımız bunları öyrənib digər fəaliyyətlərimizdə tətbiq edə bilərik”, deyə Sekuta qeyd edib.

O, idmançıları göstərdikləri çıxışları münasibətilə təbrik edib və gələcək yarışlarda onlara uğurlar arzulayıb.

Əsas mövzular