17:42 03 Dekabr 2016
Canlı yayım
Пробка на проспекте Гейдара Алиева

"Bakı-2015"-lə bağlı növbəti faciə

пресс-служба www.niim.az
BAKU 2015
Qısa URL
3733 0 0

Avropa Oyunlarını təşkil edən şirkətin Britaniya vətəndaşı olan əməkdaşı Bakıdakı yol qəzasında ölüb.

BAKI, 24 iyun-Sputnik. Dünən Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında ölənlərdən biri Avropa Oyunlarını təşkil edən “FiveCurrents” şirkətinin nümayəndəsidir.

Bu barədə Sputnik-ə Bakı-2015 I Avropa Oyunları Əməliyyat Komitəsindən məlumat verilib.

Məlumatda “FiveCurrents” dərin kədərlə təsdiq edir ki, 23 iyun tarixində Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında yaradıcı heyətin bir üzvü dünyasını dəyişib.

Komandanın həmin üzvü Bakı-2015 mərasimlərinin təşkili şirkəti olan “FiveCurrents”də müqavilə əsasında çalışan Britaniya vətəndaşıdır.

Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərilib. Sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər:

"Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı-2015-in Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı Səfirliyinə öz minnətdarlığımızı bildiririk".

Dünən Heydər Əliyev prospektində baş verən yol qəzasi böyük tıxaca səbəb olmuşdu. “Ford Tranzit” markalı avtomobilin “Mercedes” markalı maşınla toqquşması nəticəsində 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığı, ölən və yaralananların adlarının dəqiqləşdirildiyi bildirilirdi. 

Əsas mövzular