17:44 03 Dekabr 2016
Canlı yayım
Moskvada yol bağlandı

İyunun 28-də Bakıda yollar bağlanacaq

BAKU 2015
Qısa URL
25110

Bağlanış Mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.

BAKI, 24 iyun — Sputnik. 28 iyun Bakı-2015 İlk Avropa Oyunlarının Bağlanış Mərasimi günü, aşağıda qeyd olunan yollarda nəqliyyat vasitələrinin hərəkəti saat 16.00-dan gecə saat 2.00-a qədər məhdudlaşdırılacaq:

— Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi;

— Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsi.

Bağlanış Mərasiminə bileti olan hər kəsə genişləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə edilir.

Belə ki, iyunun 28-i metro səhər saat 06.00-dan gecə saat 02.00-a qədər və Ekspres Avtobuslar səhər saat 05.00-dan gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.

Əsas mövzular