10:44 03 Dekabr 2016
Canlı yayım
Bakı 2015-in medalları

Azərbaycan yığması üçün medalsız ilk gün

BAKU 2015
Qısa URL
21 0 0

Azərbaycan I Avropa Oyunlarının startından bəri ilk dəfə günü medalsız başa vurub.

BAKI, 23 iyun — Sputnik. Bakı-2015 I Avropa Oyunlarının 12-ci günündə 9 dəst medalın sahibi müəyyənləşib. 

Sputnik Apasport-a istinadən bildirir ki, bu dəfə iki idman növü üzrə yarışların mükafatçıları məlum olub.

Bunlar qılıncoynatma və üzgüçülükdür. Bu 9 dəst medalın 7-si üzgüçülüklə bağlı olub.

Azərbaycan Avropa Oyunlarının startından bəri ilk dəfə günü medalsız başa vurub. Belə ki, bu iki növdə ümumilikdə 16 idmançımız iştirak etsə də, heç biri medalçılar sırasına düşə bilməyib.

Bu gün mükafat qazanılmadığından, Azərbaycanın aktivindəki medalların sayı 39-da qalıb.

I Avropa Oyunlarında artıq ümumilikdə 163 dəst medal öz sahibini tapıb.

Əsas mövzular