22:00 02 Dekabr 2016
Canlı yayım
Amil Qasımov - samboçu

38-ci medal sambodan gəldi

sputnik.az
BAKU 2015
Qısa URL
23 0 0

I Avropa Oyunlarında 74 kq çəki dərəcəsində döyüşən Azərbaycan samboçusu Amil Qasımov gümüş medal qazanıb.

BAKI, 22 iyun — Sputnik. I Avropa Oyunlarında 74 kq çəki dərəcəsində döyüşən Azərbaycan samboçusu Amil Qasımov gümüş medal qazanıb.

Qasımov 1/4 finalda sloveniyalı Tadey Cutukunu məğlub edən gürcüstanlı Kaxa Mamulaşvili ilə üz-üzə gəlib. İlk görüşünü 10:0 hesabı ilə öndə başa vuran idmançı yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə də inamlı çıxış edən Qasımov bolqarıstanlı Martin İvanovdan önə çıxaraq 4:3 hesablı qələbə qazanıb.

Amil qızıl medal döyüşündə belaruslu Stepan Popovla qarşılaşıb. Döyüş azərbaycanlı idmançının məğlubiyyəti ilə yekunlaşıb. Döyüşün sonunda zədələnən və çıxışını davam etdirə bilməyən Qasımov Oyunları 2-ci yerdə başa vurub. Zədələnmiş Qasımovu rəqibi Popov kürəyinə götürərək meydandan çıxarıb.

Qasımovun qazandığı sambo komandamızın 3-cü “gümüş”ü, ümumilikdə yığmamızın 38-ci medalı olub.

Əsas mövzular