23:17 09 Dekabr 2016
Canlı yayım
Nəzakət Xəlilova - samboçu

Qadın samboçudan daha bir gümüş medal

apa
BAKU 2015
Qısa URL
34 0 0

52 kq çəki dərəcəsində yarışan qadın idmançımız Nəzakət Xəlilova finalda rusiyalı rəqibi Anna Xaritonovaya məğlub olub.

BAKI, 22 iyun — Sputnik. Azərbaycanın sambo üzrə yığmasının üzvü Nəzakət Xəlilova gümüş medalla kifayətlənib.

Sputnik xəbər verir ki, 52 kq çəki dərəcəsində yarışan qadın idmançımız Xəlilova finalda rusiyalı rəqibi Anna Xaritonova ilə qarşılaşıb. 

Azərbaycanlı samboçu Xaritonovaya 0:5 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

İlk görüşü 1/4 finala təsadüf edən idmançımız Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gəlib. Görüş Xəlilova üçün elə də çətin alınmayıb və o, debüt qarşılaşmasını 4:1 hesabı ilə aktivinə yazıb. Xəlilova yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayıb. Bu görüşdə də üstün olan (8:0) həmyerlimiz finalda iştirak hüququ qazanıb.

Əsas mövzular