03:49 04 Dekabr 2016
Canlı yayım
Gimnast İlya Qrişunin

İlya Qrişunin millimizə 34-cü medalı qazandırdı

BAKU 2015
Qısa URL
21 0 0

Bu gün Bakı-2015 I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlara yekun vurulur.

BAKI, 21 iyun — Sputnik. Bu gün Bakı-2015 I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlara yekun vurulur.

4 növdə mükafatçıları müəyyənləşdirəcək idmançıların yarışında fərdi mübarizəyə yekun vurulub.

Kişilərin yarışında çıxış edən millimizin təmsilçisi İlya Qrişunin 58,765 xalla 3-cü olub. Bununla da bürünc medal qazanan təmsilçimiz Azərbaycanın 34-cü medalını rəsmiləşdirib.

O, yalnız rusiyalı Dmitri Uşakov (60,050), belaruslu Vladislav Hançarovdan (59,380) geri qalıb.

Əsas mövzular