11:57 11 Dekabr 2016
Canlı yayım
Gənclər və idman naziri Azad Rəhimov

Azad Rəhimov Avstriyalı idmançının ölüm xəbərinə aydınlıq gətirib

axtar.az
BAKU 2015
Qısa URL
38 0 0

Gənclər və İdman naziri iyunun 11-də Avropa Oyunlarının Atletlər Kəndində qəza nəticəsində yaralanmış avstriyalı idmançı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

BAKI, 21 iyun — Sputnik. Gənclər və İdman naziri iyunun 11-də Avropa Oyunlarının Atletlər Kəndində qəza nəticəsində yaralanmış avstriyalı idmançı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

Sputnik xəbər verir ki, Azad Rəhimov APA-ya açıqlamasında avstriyalı idmançı Vanessa Sahinoviçin səhhəti ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasının həm jurnalistika prinsiplərinə, həm də insani dəyərlərə zidd olduğunu bildirib: “Hesab edirəm ki, hər bir jurnalist, media orqanı öz fəaliyyətində jurnalistikanın peşəkarlıq, obyektivlik və qərəzsizlik kimi prinsiplərini rəhbər tutmalıdır. Təəssüf ki, bir sıra KIV-lər ayrı-ayrı daxili və xarici dairələrin maraqlarına uyğun olaraq l Avropa Oyunları kimi mühüm beynəlxalq idman tədbirinin əhəmiyyətini azaltmaq və bu məqsədlə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaq yolunu tutmuşlar. Buna görə də heç bir araşdırma aparmadan avstriyalı idmançının ölüm xəbərini yayan media orqanlarının milli ruhdan, vətənpərvərlik hisslərindən məhrum olduğunu deməyə tam əsas vardır. Belə dezinformasiyalar l Avropa Oyunlarının keçirilməsi ilə bağlı iki il yarım ərzində reallaşdırılan böyük işlərə ləkə yaxmaq cəhdindən, bunda zəhməti olan insanlara hörmətsizlikdən başqa bir şey deyildir.

Bu həm də humanizm prinsiplərinə ziddir, idmançının ciddi sarsıntı keçirmiş ailəsinə və yaxınlarına qarşı mənəvi zərbədir. Ümid edirəm ki, qarşıdan gələn dövrdə media l Avropa Oyunlarının əhəmiyyətini, bu mühüm idman tədbirinə bütün dünyada böyük diqqət göstərildiyini nəzərə alacaq və onunla bağlı məlumatların təqdimatına daha məsuliyyətlə yanaşacaqdır”.

Teqlər:
Vanessa Sahinoviç, Azad Rəhimov, Azərbaycan, Avstriya

Əsas mövzular