23:14 09 Dekabr 2016
Canlı yayım
Boks əlcəyi

Albert Səlimov erməni boksçunu məğlub etdi

google.com
BAKU 2015
Qısa URL
12610

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir.

BAKI, 20 iyun — Sputnik. Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir.

Bu gün daha 6 çəki dərəcəsində 1/8 mərhələsinin görüşləri keçirilir.

60 kq çəkidə WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirib. İdmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gəlib. 

Görüş Albert Səlimovun xeyrinə 3:0 hesabı ilə başa çatıb.

Erməni boksçu yalnız ikinci hissədə bərabər mübarizə apara bilib.

Üçüncü hissə Səlimovun tam üstünlüyü ilə keçib. 

Əsas mövzular