18:37 10 Dekabr 2016
Canlı yayım
boksçu Qais Aşfaq

Bakı-2015-ə görə Facebookdan çıxdı

dailystar-uk.co.uk
BAKU 2015
Qısa URL
47 0 0

Britaniyalı boksçu döyüşdən öncə mobil telefonu kənara atmalı olub

BAKI, 20 iyun — Sputnik. Britaniyalı boksçu Qais Aşfaq Bakı 2015 Avropa Oyunlarında keçirəcəyi hər bir qarşılaşmadan öncə mobil telefonundan istifadə etməyi özünə qadağan edib.

Keçmiş dünya çempionu Əmir Xan dostuna məsləhət görüb ki, medal qazanmaq üçün bütün diqqətini Facebook səhifəsinə deyil, döyüşə yönəltməlidir. 

"Əmir mənim dostumdur. Qlazqo şəhərində keçirilən Həmrəylik Oyunlarında iştirak etdiyim zaman o, mənə zəng edib danladı. Çünki mobil telefonda oyun oynamaqla çox vaxt keçirirəm. Lakin vaxtımın çox hissəsi "Facebook" və "Twitter"də keçir", deyə Aşfaq bildirib.

Dostunun tövsiyyələrinə əməl edən Aşfaq Avropa Oyunlarında rinqə çıxmazdan əvvəl mobil telefonu kənara atıb.

Əsas mövzular