10:43 03 Dekabr 2016
Canlı yayım
Boks əlcəyi

Albert Səlimov Otar Eranosyana qarşı

google.com
BAKU 2015
Qısa URL
44 0 0

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir.

BAKI, 20 iyun — Sputnik. Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir.

Bu gün daha 6 çəki dərəcəsində 1/8 mərhələsinin görüşləri keçiriləcək.

Bunun 4-də kişilər, 2-də qadınlar mübarizə aparacaqlar. 

52 kq

Millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. Avropa çempionumuzun rəqibi Mayls Kesi olacaq. İrlandiyalı boksçu Elvinə rəqib olmaq üçün əvvəlki mərhələdə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gəlib. 23 yaşlı boksçumuz saat 14:15-də rinqə çıxacaq.

60 kq

WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirəcək. İdmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gələcək. Boksçumuz rinqə saat 15:15-də çıxacaq.

Əsas mövzular