10:49 03 Dekabr 2016
Canlı yayım
Radik İsayev - taekvondoçu

On üçüncü qızıl medal Radik İsayevdən!

taekwondo.az
BAKU 2015
Qısa URL
51 0 0

Kişilər arasında 80 kq çəki dərəcəsində yarışan taekvondoçu Radik İsayev rusiyalı rəqibi Vladislav Larinə 4:3 hesabı ilə qalib gəlib.

BAKI, 19 iyun — Sputnik. Kişilər arasında 80 kq çəki dərəcəsində yarışan taekvondoçu Radik İsayev Azərbaycan yığmasına növbəti qızıl medalı gətirib. Rusiyalı rəqibi Vladislav Larinlə görüşdə İsayev 4:3 hesabı ilə qələbə qazanıb. 

İlkin mərhələdən azad olan yığmamızın lideri Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) sınağa çəkib. Görüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. O, 8:6 hesabı ilə qalib gələrək, 1/2 finala vəsiqə qazanıb. İsayev ikinci görüşündə sloveniyalı İvan Traykoviçlə üz-üzə gəlib. Təmsilçimiz bu rəqibini də çempionluq mübarizəsindən kənarlaşdırmaqda çətinlik çəkməyib. Radik ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən (17:2) döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb. 

Əsas mövzular