23:47 06 Dekabr 2016
Canlı yayım
taekvondoçu Milad Beiqi Harçeqani

On iki qızıl!!!

BAKU 2015
Qısa URL
66 0 0

İlk Avropa Oyunlarında Azərbaycan yığmasına növbəti qızılı taekvondoçu Milad Beiqi Harçeqani gətirdi.

BAKI, 18 iyun — Sputnik. İlk Avropa Oyunlarında Azərbaycan yığmasına növbəti qızılı taekvondoçu Milad Beiqi Harçeqani gətirdi.

Harçeqani finaldı rusiyalı Albert Quanla qarşılaşaraq ona qalib gəlib.

Bu çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuzun rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).

Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub.

Əsas mövzular