06:10 11 Dekabr 2016
Canlı yayım
Ayxan Tağızadə - taekvondoçu

On birinci qızıl medal taekvondoçu Ayxan Tağızadədən gəldi

interpress
BAKU 2015
Qısa URL
90 0 0

Avropa Oyunlarında Azərbaycan yığmasına 11-ci qızıl medalı taekvondoçu Ayxan Tağızadə gətirib.

BAKI, 17 iyun — Sputnik. Avropa Oyunlarında Azərbaycan yığmasına 11-ci qızıl medalı taekvondoçu Ayxan Tağızadə gətirib.

O, finalda polşalı rəqibi Karol Robakla üz-üzə gəlib.

Görüş Tağızadə üçün uğurlu başlamasa da, uğurla yekunlaşıb. 19 yaşlı idmançı 2 xal geri (1:3) düşdükdən sonra 5 xal irəli keçib. Lakin o, üstünlüyünü qoruya bilməyib və rəqib status-kvonu bərpa edib. Qalib qızıl xalla müəyyənləşib ki, burada da Tağızadə dəqiq olub – 10:9. O, bununla da inamlı qələbə sayəsində taekvondo komandamıza sayca 2-ci qızıl medalı qazandırıb.

Ayxan Tağızadənən gətirdiyi medal Azərbaycan yığmasının 11-ci qızılı, ümumilikdə isə komandanın 23-cü medalı olub.  

Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib — 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. 19 yaşlı idmançımız təcrübəli rəqib qarşısında layiqli mübarizə aparıb. Hücumda dəqiq, müdafiədə diqqətli olan Tağızadə 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb.

"Neftçi İdman Klubu"nun üzvü finala gedən yolda Aleksey Denisenko ilə döyüşüb. Tağızadə əvvəlki qarşılaşmalarında olduğu kimi bu dəfə də inamlı təsir bağışlayıb. Həmyerlimiz rəqibinin Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı olmasına baxmayaraq, çəkinmədən mübarizə aparıb və onu üstələyib — 7:5.

Əsas mövzular