11:56 11 Dekabr 2016
Canlı yayım
Азербайджанский борец Тогрул Аскеров

Toğrul Əsgərovdan doqquzuncu qızıl

© AZƏRTAC.
BAKU 2015
Qısa URL
7400

BAKI, 17 iyun — Sputnik. Avropa Oyunlarında Azərbaycan millisinə doqquzuncu qızıl medalı güləşçi Toğrul Əsgərov gətirib.

Əsgərov finalda Frank Kamizo Marqueslə (İtaliya) üz-üzə gəlib. London Olimpiadasından sonra ən yaxşı formasında olan idmançımız son döyüşünü də qələbə ilə başa vurub. Toğrul hesabda 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, ilk hissədəcə cütün taleyini həll edib. Təmiz qələbə qazanan Olimpiya çempionumuz qızıl medallarımızın sayını 9-a, ümumilikdə isə mükafatlarımızın sayını 20-yə çatdırıb.

Olimpiya çempionumuz Toğrul Əsgərov ilk mərhələdən yarışa start verib. O, 1/8 finala yüksəlmək üçün rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və çətin qələbə qazanıb. Həmyerlimiz 8:2 hesabı ilə öndə olsa da, yekunda Bekbulatovu 8:7 hesabı ilə məğlub edib. Təmsilçimiz 1/8 finalda moldovalı Mixail Sava ilə gücünü yoxlayıb. Toğrul rəqibini çempionluq mübarizəsindən kənarlaşdırmaqda ciddi müqavimətlə üzləşməyib. O, görüşü təmiz qələbə ilə aktivinə yazıb — 10:0.

Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə güləşib. Döyüşü vaxtından əvvəl xeyrinə bitirən (10:0) Olimpiya çempionumuz yarımfinala vəsiqə qazanıb. "Neftçi İdman Klubu"nun üzvü həlledici görüş üçün Azamat Nurikovla (Belarus) mübarizə aparıb və bu döyüşü də üstün bitirib — 7:2.

Əsas mövzular