11:58 11 Dekabr 2016
Canlı yayım
Bakı 2015-in medalları

Rusiya medal sayında birinci, Azərbaycansa ikincidir

BAKU 2015
Qısa URL
44910

Bu gün hesabına 3 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 19-a çatıb.

BAKI, 16 iyun — Sputnik. Bu gün hesabına 3 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 19-a çatıb.

8 qızıl, 3 gümüş və 8 bürüncü olan Azərbaycan yığması həm qeyri-rəsmi komanda hesabında, həm də ümumi medal sayında 2-ci pillədə qərar tutub.

Medal sıralamasında lider Rusiyadır. Yarışın 4-cü günündə zirvəni ələ keçirən şimal qonşularımızın hesabında 22 mükafat var. Bunların 12-si qızıl, 5-i gümüş, 5-i bürüncdür.

Hesabında 7 qızıl, 1 gümüş və 5 bürünc olan Macarıstan millisi 3-cü pilləyə yüksəlib. Belarus 5-i qızıl olmaqla 13 medalla 4-cü, Almaniya 4-ü qızıl olmaqla 15 medalla 5-ci, Türkiyə isə 4-ü qızıl olmaqla 14 medalla 6-cı yerdə qərarlaşıb.  

Bakı-2015-in ilk 5 günündə ümumilikdə 199 medal — 60 qızıl, 60 gümüş, 79 bürünc — qazanılıb. 36 ölkə təmsilçisi medal qazanıb ki, onlardan da 17-sinin aktivində qızıl medal var. 

Əsas mövzular