11:56 11 Dekabr 2016
Canlı yayım
Patimat Abakarova-taekvondo

19-cu medal taekvondoçu qadından gəldi

Azərtac
BAKU 2015
Qısa URL
30 0 0

Patimat Abakarova italiyalı rəqibini yenərək bürünc medal qazanıb.

BAKI, 16 iyun — Sputnik. Azərbaycanın taekvondo yığmasının heyətində oyunlara qadınlardan Patimat Abakarova start verib və bürünc medal qazanmağa nail olub. 49 kq çəki dərəcəsində yarışan Abakarova İslam Həmrəyliyi Oyunlarının mükafatçısı rusiyalı Aleksandra Liçaqina ilə münasibətinə aydınlıq gətirib. Görüşə uğurla başlayan idmançımız sona kimi üstünlüyünü qoruyub və döyüşü inamlı qələbə ilə başa vurub – 7:1.

O, 1/4 finalda İoanna Kuotsou (Yunanıstan) ilə qarşılaşıb. Görüş taekvondoçunun qələbəsi ilə başa çatıb. 20 yaşlı idmançı özündən 8 yaş böyük olan Avropa çempionuna 4:2 hesabı ilə qalib gəlib.

Patimat finala gedən yolda serbiyalı Tiyana Boqdanoçivlə gücünü yoxlayıb. Taekvondoçumuz üçün hər şey yaxşı başlayıb. Abakarova hətta 5:1 hesabı ilə önə də keçib. Lakin görüş 6:6 hesabı ilə başa çatdığından qalib qızıl xalla müəyyənləşib. Həlledici məqamda isə hücuma keçən idmançımız gözlənilmədən zərbə buraxıb – 6:7. Bu isə onun finala çıxmasına mane olub.

Patimat bürünc medal uğrunda çıxışını davam etdirib. O, Erika Nikoli (İtaliya) ilə qarşılaşıb və rəqibinə çətin anlar yaşadıb. Axıradək inamla döyüşən təmsilçimiz sonda rəqibinə qalib gəlib.

Bu bürünc medal Azərbaycan yığmasının ümumilikdə 19-cu mükafatıdır.

Əsas mövzular