14:17 04 Dekabr 2016
Canlı yayım
Bakı 2015-in medalları

Azərbaycanın növbəti gümüş medalı

BAKU 2015
Qısa URL
24 0 0

Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb.

BAKI, 16 iyun — Sputnik. Bu gün “Bakı-2015” I Avropa Oyunlarında avarçəkmə yarışlarına yekun vurulur.

Mingəçevirdə keçirilən yarışda final mərhələsinin yürüşləri keçirilir. Həlledici yürüşlərdə Azərbaycan təmsilçiləri də iştirak edir.

Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub.

Demyanenko yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. Çexiyalı Marton Foksa 40,188 saniyə nəticə ilə 3-cü olub.

Əsas mövzular