17:43 03 Dekabr 2016
Canlı yayım
Samboçu Aşot Danielyan

Dağlıq Qarabağlı samboçular Ermənistan yığmasının tərkibində Bakıda

armsport.am
BAKU 2015
Qısa URL
88 0 0

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən iki idmançı Ermənistan yığmasının tərkibində Bakıya gəlir.

BAKI, 16 iyun — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən iki idmançı Ermənistan yığmasının tərkibində Bakıya gəlir. 

Sputnik erməni mətbuatına istinadən xəbər verir ki, işğal olunmuş Azərbaycan torpaqlarından olan idmnaçılar Bakıda keçrilən Birinci Avropa Oyunlarında iştirak edəcəklər. Sose Balasaryan və Aşot Danielyan sambo üzrə yarışlara qatılacaqlar. 

Bu barədə “Dağlıq Qarabağın Respublikası İdman komitəsinin sədri” Razmik Ovsepyan məlumat verib. 

Onun sözlərinə görə, idmançılar iyunun 20-də Gürcüstandan Bakıya gedəcəklər. Onlar iyunun 23-də yarışlara qatılacaqlar.

Erməni mətbuatı onu da yazır ki, Bakıya gələcək erməni  idmançılar KİV-lə əlaqədən hər vəchlə qaçırlar. Onların yalnız Azərbaycandan qayıtdıqdan sonra  bütün suallara cavab verəcəkləri deyilir.

Məhz Aşot Danielyanın Moskvada sambo üzrə Dünya kiboku yarışlarında qələbəsindən sonra azərbaycanlı idmançı Bəxtiyar Abbasov Ermənistan himninə ayaq üstə qulaq asmaqdan imtina etmişdi. 
Aşot Danielyan və Bəxtiyar Abbasov
vk.me
Aşot Danielyan və Bəxtiyar Abbasov

Əsas mövzular