17:43 03 Dekabr 2016
Canlı yayım
Natalya Sinişin

Güləşçilərdən növbəti bürünc medal

BAKU 2015
Qısa URL
44 0 0

Natalya bürünc medal uğrunda görüşdə ukraynalı Tatyana Kitə qalib gəlib.

BAKI, 15 iyun — Sputnik. Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin ölkəsinə bürünc medal gətirib.

Natalya bürünc medal uğrunda görüşdə ukraynalı Tatyana Kitə qalib gəlib.

Azərbaycan güləşçisi Natalya Sinişin mübarizəyə 1/8 finaldan başlayıb. 29 yaşlı idmançımızın 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb. Döyüş təmsilçimiz üçün asan alınıb və Sinişin vaxtından əvvəl təmiz qələbə qazanıb (10:0). Güləşçimiz 1/4 finalda Bediha Günlə (Türkiyə) üz-üzə gəlib və bu rəqibə də böyük güc sərf etməyib. O, yenə görüşü vaxtından əvvəl bitirib — 12:0. Natalya yarıımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayıb. Lakin milliləşdirilmiş legionerimiz uğurun davamını gətirə bilməyib. İdmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib.

 

Əsas mövzular