09:57 08 Dekabr 2016
Canlı yayım
Gimnast Eldar Səfərov

Azərbaycanın Avropa Oyunlarında növbəti medalı

sputnik.az
BAKU 2015
Qısa URL
137 0 0

Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi gimnastika komandamız Avropa Oyunlarının bürünc mükafatçısı olub.

BAKI, 15 iyun — Sputnik. Bu gün Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşib.

Milli Gimnastika Arenasındakı yarışların ikinci günündə kişi komandaların mübarizəsinə yekun vurulub.

26 komandanın mübarizəyə başladığı yarış Azərbaycan millisi üçün tarixi uğurla başa çatıb. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız Avropa Oyunlarının bürünc mükafatçısı olub.

6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Komandamız yalnız Rusiya (178,963) və Ukraynadan (177,429) geri qalıb.

Fərdi yarışında Stepko təsnifat mərhələsini 3-cü pillədə başa vurub.

Yekunda 88,231 xal toplayan gimnastımız ukraynalı Oleq Vernyayev (91,532) və rusiyalı Nikita İqnatyevdən (89,065) geri qalıb. Digər təmsilçilərimiz Petro Paknyuk 73,231, Eldar Səfərov isə 69,665 xal yığıb.

Əsas mövzular