23:14 09 Dekabr 2016
Canlı yayım
BAKU 2015

13-cü medal Sabahi Şəriətidən gəldi

BAKU 2015
Qısa URL
11 0 0

Yunan-Roma güləşi üzrə komandamızın ən ağır çəkili pəhləvanı Sabah Şəriəti 130 kq çəki dərəcəsində türkiyəli rəqibi Riza Kayaalpla döyüşdə uduzaraq gümüş medala sahib olub.

Bakı, 14 iyun — Sputnik. Yunan-Roma güləşi üzrə komandamızın ən ağır çəkili pəhləvanı Sabahi Şəriəti 130 kq çəki dərəcəsində türkiyəli rəqibi Riza Kayaalpla döyüşdə 3-1 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.    

O, 1/8 finalda Mikola Kuçmi (Ukrayna) ilə güləşib. Təmsilçimiz 8:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və yenə qələbəyə sevinib — 5:2. Şəriəti finala gedən yolda İosib Çuqoşvilini (Belarus) xalçaya dəvət edib. Milliləşdirilmiş pəhləvanımız bu dəfə inamlı təsir bağışlayıb — 5:0.


Əsas mövzular