17:40 03 Dekabr 2016
Canlı yayım
Həsən Əliyev-güləşçi

On birinci medal Həsən Əliyevdən gəlib

sputnik.az
BAKU 2015
Qısa URL
68 0 0

Avropa çempionu bürünc medal uğrunda serbiyalı Aleksandr Maksimoviçə 4:0 hesabı ilə qalib gəlib.

BAKI, 14 iyun — Sputnik. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində mübarizəyə qoşulan dünya və Avropa çempionu Həsən Əliyev yarışa təsnifat mərhələsindən başlayıb. 25 yaşlı pəhləvan ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionu bu sınaqdan da uğurla çıxıb — 3:0.

Həsən Əliyev yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşıb. Təəssüf ki, 3:0 hesabı ilə öndə olan Həsən üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub. Buna baxmayaraq, o, yarışı medalla başa vurub. Avropa çempionu bürünc medal uğrunda Aleksandr Maksimoviç (Serbiya) üzərində layiqli qələbə qazanıb — 4:0. Bu, yığmanın 11-ci medalı olub.

Əsas mövzular