17:41 03 Dekabr 2016
Canlı yayım
BAKU 2015

Elvin Mürsəliyevdən altıncı qızıl medal!!!

Qısa URL
153 0 0
  • Elvin Mürsəliyevin qələbəsi
  • Elvin Mürsəliyevin qələbəsi
  • Elvin Mürsəliyev
  • Elvin Mürsəliyevin qələbəsi
  • Elvin Mürsəliyevin qələbəsi
  • Elvin Mürsəliyevin qələbəsi
  • Elvin Mürsəliyevin qələbəsi
  • Elvin Mürsəliyevin qələbəsi
  • Elvin Mürsəliyevin qələbəsi
© AZƏRTAC.
Elvin Mürsəliyevin qələbəsi

Azərbaycan millisinə Avropa Oyunlarında növbəti qızıl medalı Elvin Mürsəliyev gətirib.

BAKI, 14 iyun — Sputnik. Azərbaycan millisinə Avropa Oyunlarında növbəti qızıl medalı Elvin Mürsəliyev gətirib.

Elvin finalda serbiyalı Viktor Nemesə 5:1 hesabı ilə qalib gəlib. 

Yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib — 8:0. Bu mərhələdə İonel Puskasu (Rumıniya) ilə gücünü yoxlayan pəhləvanımız yoluna davam edib — 2*:2. Mürsəliyev 1/4 finalda daha güclü — rusiyalı Çingiz Labazanovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma yenə Elvinin xeyrinə başa çatıb — 4:2.

Pəhləvanımız yarımfinalda cətinliklə üzləşib. Lakin o, Gürcüstan təmsilçisi Zurab Datunaşvili ilə görüşdə 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq sayəsində qalib gəlib — 3:2. 

Əsas mövzular