10:46 03 Dekabr 2016
Canlı yayım
Ayxan Mamayev - karateçi

Beşinci qızıl medal!

APA
BAKU 2015
Qısa URL
168 0 0

Bu günə ikinci qızıl medal karateçilərimizdən gəldi. Beləliklə Azərbaycan yığması 5-ci qızıl medalını qazanıb.

BAKI, 14 iyun — 2015. Bu günə ikinci qızıl medal da karateçimizdən gəldi. Beləliklə Azərbaycan yığması 5-ci qızıl medalını qazanıb.  
Növbəti medalçımız 84 kq çəki dərəcəsində yarışan karateçi Ayxan Mamayev olub. O, final qarşılaşmasında yunanıstanlı Georgios Tzanos Michaillə üz-üzə gəlib. Qarşılaşma 2-1 hesabı ilə nəticələnib.

Ayxan Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Gənclər arasında dünya çempionunun növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olub və təmslçimiz 6:3 hesabı ilə qalib gəlib. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vurub. Mamayev bu dueldən də üstün ayrılaraq (6:1), yarımfinalda iştirak hüququ qazanıb.

Ayxan finala gedən yolda Alvin Karaqi (Kosova) ilə qarşılaşıb. Həmyerlimiz bu görüşdən də qalib ayrılaraq, finala vəsiqə qazanıb.

Bu günün ilk və sayca 4-cü qızıl medal isə qadın karateçi İrina Zaretskadan gəlmişdi. Zaretska finalda avstiryalı Teresa Alisa Bukingerə 8-1 hesabı ilə qalib gəlmişdi.

 

Əsas mövzular