14:30 07 Dekabr 2016
Canlı yayım
Triatlonçu Rostislav Pevtsov

Azərbaycan daha bir medal qazandı - bu dəfə triatlondan

facebook.com
BAKU 2015
Qısa URL
87 0 0

Azərbaycan triatlonçusu Rostislav Pevtsov bürünc medal qazanıb.

BAKI, 14 iyun — Sputnik. Bu gün Bakı-2015 I Avropa Oyunlarında triatlon üzrə yarışlara yekun vurulub. Böyük Britaniya təmsilçisi Qordon Benson finişə 1 saat 48 dəqiqə 31 saniyəyə çataraq, qızıl medala sahib olub.

Çempiondan 11 saniyə geri qalan portuqaliyalı Joao Silva gümüş mükafata yiyələnib. 

Azərbaycan triatlonçusu Rostislav Pevtsov isə yarışı 3-cü pillədə bitirib.

Triatronçular Bilgəh Çimərliyində mübarizə aparıblar.

Üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışında 58 idmançı qüvvəsini sınayıb. 

Bürünc mükafat qazanan idmançımız məsafəni 1 saat 49 dəqiqə 4 saniyəyə qət edib. Digər triatlonçumuz Aleksandr Yatçenko finişə çatmayıb.

Pevtsovun qazandığı medal millimizin Avropa Oyunlarında 8-ci mükafatıdır. Buna qədər Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş və 3 bürünc qazanmışdı.

Əsas mövzular