22:01 02 Dekabr 2016
Canlı yayım
BAKU 2015

Bir gündə 7 medal 3 qızıl, 1 gümüş, 3 bürünc

Qısa URL
31510
  • Karate İlahə Qasımova
  • Firdovsi Fərzəliyev
  • Firdovsi Fərzəliyev
  • Firdovsi Fərzəliyev
  • Niyazi Əliyev
  • Niyazi Əliyev
  • Niyazi Əliyev
  • Elman Muxtarov
  • Rafael Agayev
  • Rafael Agayev
  • Rəsul Çunayev
  • Rəsul Çunayev
  • Rafiq Hüseynov
sputnik.az
Karate İlahə Qasımova

Bu gün I Avropa Oyunlarında Azərbaycan idmançıları 7 medalı öz aktivlərinə yazdırıblar.

BAKI, 13 iyun – Sputnik. Bu gün I Avropa Oyunlarında Azərbaycan idmançıları 7 medalı öz aktivlərinə yazdırıblar. 

Sputnikin xəbərinə görə, ik medal karateçi İlahə Qasımovadan gəlib. O, Avropa Oyunlarının bürünc medalı uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşüb. Gərgin keçən dueldə İlahə 2 dəfə hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 5:2 hesabı ilə qələbə qazanıb. Bu, həmçinin, yığmamızın Avropa Oyunlarında ilk medalı kimi tarixə düşüb.

Günün ikinci və Avropa oyunlarında ilk qızıl medalı isə Azərbaycana Firdovsi Fərzəliyev qazandırıb. 60 kq çəkidə döyüşən karateçimiz italyan Luka Mareskaya 4:0 hesabı ilə qalib gəlib.  Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin  növbəti görüşdə rəqibi italiyalı Luka Mareska olub. Karateçimiz bu dəfə də inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib — 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeşlə döyüşüb. Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı yarışçısı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.

Üçüncü medal 67 kq çəki dərəcəsində 27 yaşlı karateçimiz Niyazi Əliyevdən gəlib. O,  22 yaşlı almaniyalı Rikardo Gieglerə  3-1 hesabı ilə qalib gələrək Azərbaycana ikinci bürünc medalı qazandırıb. Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmasını 2:0 hesabı ilə aktivinə yazan həmyerlimiz ardınca Stevan Da Kostanı (Fransa) 3:1, ispaniyalı Manuel Rosero Ruis 2:0 hesabı ilə məğlub edib. O, yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə) qarşılaşıb. Döyüş Əliyevin məğlubiyyəti ilə yekunlaşıb — 1:4.

Dördüncü medal yunan-roma güləşində 59 kq çəkidə ölkəmizi təmsil edən dünya və ikiqat Avropa çempionu Elman Muxtarovdan gəlib. O, ermənistanlı Roman Amoyana 9:1 hesabı ilə qalib gəlib. Beləliklə, Muxtarov yarışların bürünc medalını qazanıb. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə qarşılaşıb. Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə rəqibindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala yüksəlib. Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz qələbəni bayram edib — 7:6. Amma o, finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla üz-üzə gəlib və 3:11 hesabı ilə uduzub.

Beşinci medalı 75 kq çəkidə karateçimiz Rafael Ağayev qazanıb. İkinci qızıl medalın sahibi Rafael Ağayev debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub — 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə məğlub edərək, qrup səddini adlayıb. Rafael yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşıb. Döyüş həmyerlimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Sayca altıncı, Avropa oyunlarında isə üçüncü qızıl medalı Azərbaycana 71 kq çəki dərəcəsində mübarizə aparan yunan-roma güləşçimiz Rəsul Çunayev gazandırıb. Rəsul Çunayev finalda macar Balint Korpasiyə 4:2 hesabı ilə qalib gəlib.

Yeddinci medal Rafiq Hüseynovdan gəlib. Yunan-roma güləşi yarışlarında 80 kq-da həmyerlimiz Rafiq Hüseynov rusiyalı Yevgeni Saleyevlə qarşılaşıb. Gərgin mübarizə 2:0 hesabı ilə rusiyalı idmançının xeyrinə başa çatıb. İlk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib. Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib. Təmiz qələbə sayəsində 1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovla qarşılaşıb. O, bu görüşün də taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Rafiq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə türkiyəli Selçuq Cebi ilə qarşılaşan Avropa çempionu yarışa tam hazır olduğunu bir daha sübuta yetirib və yenə də döyüşü vaxtından əvvəl aktivinə yazıb — 9:0. O, yaışı gümüş medalla başa vurub. 

Əsas mövzular