21:19 09 Dekabr 2016
Canlı yayım
Rafael Agayev

İkinci qızıl medal!

© baku2015.com
BAKU 2015
Qısa URL
14801

75 kq çəkidə karateçimiz Rafael Ağayev Avropa oyunlarının qızıl medalını qazanıb.

BAKI, 13 iyun — Sputnik. 75 kq çəkidə karateçimiz Rafael Ağayev qızıl medal qazanıb. 

Yığmamızın lideri Rafael Ağayev debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub — 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə məğlub edərək, qrup səddini adlayıb.

Rafael yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşıb. Döyüş həmyerlimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Teqlər:
qızıl medal, ikinci, qalib, idmançı, qarşılaşma, qrup, döyüş, həmyerlimiz, qələbə, yarımfinal, Avropa oyunları, Karate, İlya Nikulin, Rafael Ağayev, Erman Eltemur, Noa Bitş, Azərbaycan, Türkiyə

Əsas mövzular