21:58 02 Dekabr 2016
Canlı yayım
Qadınlar arasında triatlon üzrə yarışın qalibləri

Bakı-2015-in ikinci qızıl medalı da İsveçrəyə getdi

baku2015.com
BAKU 2015
Qısa URL
26 0 0

Bilgəh Çimərliyində keçirilən qadınlar arasında triatlon yarışlarının ilk qalibləri bəlli olub.

BAKI, 13 iyun — Sputnik. Bilgəh Çimərliyində keçirilən qadınlar arasında triatlon yarışlarının ilk qalibləri bəlli olub.

Dağ velosipedi üzrə yarışlarda olduğu kimi, bu yarışda da qızıl medal İsveçrəli idmançı — Nikola Spiriq tərəfindən qazanılıb. Beləliklə, ilk Avropa Oyunlarının ikinci medalı da İsveçrəyə gedib.

İkinci yerə Reçel Klamer(Hollandiya), üçüncü yerə isə Lisa Norden (İsveç) çıxıb.

Yarışın nəticələrinə görə, ikinci və üçüncü yerin qalibləri arasında cəmi 2 saniyə fərq olub. Spiriq estafeti 2 saat 28 saniyəyə başa vurub. Klamer yarışı 2 saat 1 dəqiqə 44 saniyə, rəqibi Norden isə 2 saat 1 dəqiqə 46 saniyəyə yekunlaşdırıb.

Triatlon yarışında idmançılar 1500 m üzüblər, 40 km velosiped sürüblər və 10 km qaçıblar. 

Əsas mövzular