23:15 09 Dekabr 2016
Canlı yayım
Orxan Nuriyev

Orxan Nuriyev Bakı-2015-in bürünc medalını qazana biləcəkmi?

BAKU 2015
Qısa URL
133 0 0

Hər şey bu axşam Orxanın türk güləşçisi ilə keçirəcəyi oyunda məlum olacaq.

BAKI, 13 iyun — Sputnik. Avropa Oyunlarının güləş yarışlarında 98 kq-da çıxış edən və ilk oyunda qalib gələn Orxan Nuriyev 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşib. Nuriyev bu rəqibə də yerini göstərib — 9:1. Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparıb. Təəssüf ki, o, təcrübəli rəqiblə qarşılaşmadan məğlub ayrılıb — 1:3.

Lakin Nuriyevə qalib gələn Maqomedov finala yüksəldiyindən, pəhləvanımız təsəlliverici görüşə qatılıb. Bu mərhələdə Ardo Arusaarla qarşılaşan həmyerlimiz 2:0 hesabı ilə qələbə qazanaraq, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

Orxan 3-cü olmaq üçün türkiyəli Cenk İldemlə gücünü yoxlayacaq. Görüş saat 20:10-da başlayacaq.

Əsas mövzular