18:38 10 Dekabr 2016
Canlı yayım
Patrik Hikki - Avropa Ölimpiya Komitəsinin prezidenti

Hikki: Biz qitə oyunlarına çatışmayan beşinci həlqəni əlavə edirik

Azərtac
BAKU 2015
Qısa URL
11 0 0

Avropa Oyunları Komitəsinin prezidenti: Sizi adınızı Avropanın şanlı idman tarixinə yazmağa çağırıram.

BAKI, 12 iyun — Sputnik. Bu, Avropa Oyunları tarixində ən fərəhləndirici məqamdır. Biz bu gün qitə oyunlarına çatışmayan beşinci həlqəni əlavə edirik.

“Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində çıxış edən Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikki belə deyib. O, qısa müddət ərzində Avropa oyunlarını bu cür yüksək səviyyədə təşkil etdiklərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib.

"Siz qürur doğuran yoldasınız, sizinlə bu yolda addımlamaqdan şərəf duyuruq. İdmançılar üçün möhtəşəm səhnə hazırlandı. İdmançıların bir çoxu növbəti Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaq. Sizi adınızı Avropanın şanlı idman tarixinə yazmağa çağırıram.” — deyə Hikki əlavə edib. O, I Avropa Oyunlarını açıq elan etmək üçün sözü Azərbaycan prezidenti İlham Əliyevə verib. 

Teqlər:
Avropa olimpiya komitəsi, Patrik Hikki, Bakı

Əsas mövzular