11:59 11 Dekabr 2016
Canlı yayım
Mehriban Əliyeva

Mehriban Əliyeva: Qoy Tanrı hər zaman Azərbaycanı qorusun

baku2015.com
BAKU 2015
Qısa URL
51 0 0

Azərbaycanın birinci xanımı deyib ki, Atəşgahda alovlanan ruh hər birimizi bir araya gətirir.

BAKI, 12 iyun — Sputnik. Azərbaycana, Birinci Avropa Oyunlarına xoş gəlmisiniz. Oyunların açılış mərasimi ilə bağlı Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

“Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva oyunların rəsmi açılış mərasimində çıxışını bu sözlərlə başlayıb. 

Sonra xanım Əliyeva deyib ki, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlar nəticəsində bu gün Avropa Oyunlarının tarixində yeni səhifə yazılır. "Bu səhifəni biz, Azərbaycan xalqı yazır. Qoy Tanrı hər zaman Azərbaycanı qorusun. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir. Atəşgahda alovlanan ruh hər birimizi bir araya gətirir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə bu oyunların Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edirəm." — deyə bildirib.

Azərbaycanın zəngin mədəniyyətə, tarixə malik tolerant bir ölkə olduğunu vurğulayan xanım Əliyeva deyib: "2017-ci ildə biz İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyik. Azərbaycanın inkişafı bu cür tədbirin keçirilməsinə imkan yaratdı. Qısa dövrdə Avropa Olimpiya Oyunlarına hazırlaşdıq. Mən dəstək verən hər kəsə, beynəlxalq tərəfdaşlarımıza, könüllülərə təşəkkür edirəm. Burada 6 min Avropa idmançısı iştirak edir. Bu, sizin üçündür. Bakı 17 gün ərzində sizə ikinci ev kimi olacaq. Mən bu gün Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə fəxr edirəm. Gələn il Avropa Oyunlarının məşəli nə qədər uzaqda olsa da, o ruh Azərbaycanda olacaq”.

Əsas mövzular